AZ EN RU
7/24 KONSYERJ

“Harmony” Rezidens sakinlərin həyatını daha asan etmək üçün konsyerj xidməti həyata keçirir. O, sizi maraqlandıran bütün məlumatları əldə edərək, sizin diqqətinizə çatdıracaq. Taksi, yük maşını sifarişi, təyyarə, kino, teatr və muzeyə bilet almaq, kafedə masa sifarişi və ya mənzilə yemək sifarişi, marketdən alış-veriş etmək kimi işlərdə sizin köməyinizə çatacaq.

GÖRÜŞ OTAQLARI

İş görüşləri, iclaslar, təqdimat mərasimləri üçün uzağa getməyə ehtiyac yoxdur. Elə buradaca, “Harmony” Rezidensdə bu işləri görə biləcəyiniz konfrans zalları mövcuddur. Evinizdən çıxmayaraq iş həyatınıza davam edə bilərsiniz.

LOUNGE ZONA

Sakinlərimizi hərtərəfli qayğı ilə əhatə etmək arzumuzdur. Bunun üçün xüsusi istirahət zonaları yaratmışıq. Hər fəslin gözəlliyini görmək, təbiətin bir hissəsini evinizdə canlandırmağa çalışmışıq.

KİNOTEATR

Sizin ən son film yeniliklərindən xəbərdar olmağınız üçün yüksək keyfiyyətli səs və görüntüyə malik olan kinozal tərtib etdik. Könlünüzə filmi kinozalda izləmək düşsə buyurub gəlin.

Uşaq klubu

Hər bir valideyn üçün övladının sağlam mühitdə böyüməsi vacibdir. Övladlarınızı etibar edə biləcəyiniz ən rahat yer evinizin həyətində olan uşaq klubudur.

Kafe

Xüsusi ab-havalı məkan, nəfis mətbəx, yüksək xidmət sizi qonaqlarınızın yanında üzüağ edəcək. Bundan əlavə istədiyiniz zaman, istədiyiniz təamı sifariş edirsiz, evinizə çatdırırlar.

FİTNES

Çoxları idman zallarının uzaqda olmasını bəhanə gətirərək sağlam həyat tərzindən imtina edir. Artıq bu bahənələr keçərli deyil. Həyətinizdə 900 kvm sahəsi olan, ən müasir trenajorlarla təchiz olunmuş fitnes zalı mövcuddur. Peşəkar məşqçi heyəti isə sizin qeydinizə qalacaq.

GÖZƏLLİK SALONU VƏ SPA

Yorğun iş həftəsi, gərgin günlərdən sonra SPA mərkəzində ruhunuzu və fiziki vəziyyətinizi bərpa edə bilərsiniz. SPA ənənələrinə sadiq olaraq hər bir detalı xüsusilə düşünmüşük. Sizə isə yalnız bu təklifdən yararlanmaq qalır.